Kartoflu balıq piroqu

Порций: 1 nəfərlik   Время приготовления:

Əziz gənc analar, yəqin bilirsiniz ki, balacalarınız üçün ən faydalı qidalardan biri də, dəniz məhsullarıdır. Bu məhsullar, kiçik yaşlı uşaqların həm zehni inkişafına, həm də görmə qabiliyyətinə müsbət təsir edir. Ona görə də, ən az həftədə 1 dəfə onlara balıqdan hazırlanmış xörəklər yedirtmək lazımdır. Təqdim etdiyimiz bu resepti balacalar qədər, böyüklər də sevə-sevə yeyəcək.

 

 

Ərzaqlar:

  • 100 qr balıq filesi
  • 150 qr kartof
  • 20 qr kərə yağı
  • 50 qr süd
  • 1 ədəd yumurta
  • 2 ç/q xama
  • duz
  • üyüdülmüş suxari

Hazırlanması:

Karofları qaynadıb, püre halına gələnədək əzin.  Kərə yağı, duz, süd əlavə edib, qarışdırın. Balğın ətini də yuyub, qaynadın. Bişdikdən sonra dərisindən və tıxlarından təmizləyib, xırda-xırda doğrayın. Balığı püre və ilə qarışdırıb, üzərinə yumurta çırpın. Soba qəlibinin içinə kərə yağı sürtüb, suxari səpin. Qarışımı töküb, öncədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişirin.  Süfrəyə verməzdən öncə dilimlərə bölün. Bu piroq xama ilə daha dadlı olur. Odur ki, süfrəyə xama ilə verilir.

NUŞ OLSUN! r

Метки записи: