Kəsmikli və qəhvəli mərmər piroq

Порций:   Время приготовления:

Es1vyY9qcnk

Çizkeykə bənzəyən, bu kəsmikli, limon və qəhvəli zərif piroqun dadı ilə yaxınlarınızı sevindirə bilərsiniz..

Tərkibi:

  • 100 qr südlü və ya tünd şokolad
  • 4 yumurta
  • 170 qr kərə yağı
  • 200 qr şəkər tozu
  • 750 qr kəsmik
  • 1 limon şirəsi və  limon qabığı
  • 1 xörək qaşığı manna yarması
  • 4 xörək qaşığı qarğıdalı nişastası
  • 2 çay qaşığı vanil
  • 4 xörək qaşığı kakao
  • 2 xörək qaşığı qəhvə

Hazırlanma qaydası:

Öncə şokoladı su hamamında əridin.Yumurta sarılarını ağından ayırın. Bir qabda kərə yağını şəkər tozuyla çırpın, üzərinə vanil, yumurta sarısı, limon qabığı və limon şirəsi əlavə edib çırpın. Alınan kütləyə kəsmik (blenderdə krem halına gəlmiş), manna yarması və nişasta tökün. Başqa bir qabda yumurta ağlarını çırpın. Kəsmikli kütləyə yumurta ağını da əlavə edib qarışdırın.

Xəmirin 1/3 hissəsini ayırıb başqa qaba tökün, üzərinə şokolad, kakao və qəhvə əlavə edib qarışdırın. 

Şokoladlı-kəsmikli kütlədən 4 qaşıq ayırın. Diametri 24 sm olan formanı kərə yağıyla yağlayın və manna yarması səpin. Şokoladlı kütlədən formaya tökün və üzərinə açıq rəngli kütləni də əlavə edin. Qalan şokoladlı kütləni də əlavə edib bir kibrit çöpü və ya çəngəl köməyi ilə xəmiri yüngülcə qarışdırın.

Sobanı 200 dərəcə qızdırın. Sobanın alt gözünə su dolu sini qoyun. Piroqu 30 dəqiqə bişirin, daha sonra dərəcəni 180 dərəcəyə endirib daha 20 dəqiqə bişirin.

Nuş olsun!

DKp2hul_s90


DKp2hul_s90

Метки записи: