“Kilimancaro” tortu

Порций:   Время приготовления:

Qeyri-adi görünüşlü, zərif, dadlı və çox asan hazırlanan “Kilimancaro” tortunun reseptini təqdim edirik.

Tərkibi:

Biskvit üçün:

  • 130 qr un

  • 5 ədəd yumurta

  • 30 qr kakao

  • 8 qr vanilli şəkər tozu

  • 180 qr şəkər tozu

  • 50 qr kərə yağı

  • 5 qr qabartma tozu

Kremi üçün:

  • 400 qr xama

  • 800-850 qr konservləşdirilmiş şaftalı (şaftalı + sirop)

  • 400 qr qaymaq 35%-lik

  • 50 qr şəkər kirşanı və ya zövqünüzə görə

  •  15 qr toz halında jelatin

Üzəri üçün 50 qr şokolad və şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda un, kakao, qabartma tozunu qarışdırıb ələyin. Kərə yağını əridib soyudun. Biskvit xəmiri üçün yumurtaları sarısıyla birgə mikserlə çırpın. Üzərinə vanilli şəkər tozu və şəkər tozunu tədricən tökərək çırpın. Xəmirin həcmi 2-3 dəfə artarana qədər çırpın. Daha sonra ələnmiş kakaolu-unlu qarışığı töküb ehtiyyatla qarışdırın. Sonda əridilib soyumuş kərə yağını da əlavə edib yaxşıca qarışdırın.

Xəmiri yağlı kağız sərilmiş diametri 24 sm olan dairəvi formaya töküb əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada 35-40 dəqiqə bişirin. Bişən korju sobadan götürüb soyudun və 3 hissəyə ayırın.

Krem üçün soyuducudan çıxardığınız qaymağı şəkər kirşanıyla mikserlə çırpın. Konservləşdirilmiş şəftəlini doğrayın. 150 ml şaftalı siropunun üzərinə jelatin töküb şişməsi üçün kənara qoyun. Şişmiş jelatini çox az ilıdın və xamayla birlikdə çırpın. Daha sonra çırpılmış qaymağa töküb ehtiyyatla qarışdırın. Çırpılmış kremə doğranmış şaftalının 2/3 hissəni tökün.

Birinci korju servis boşqabına yerləşdirin (torta şəkil vermək kənarları açılan formadan istifadə edin). Korjları şaftalı siropula isladın və kremləyin. İkinci korjun kənarlarını 1.5 sm qalınlıqda boşqab qoyaraq kəsin.

Kənar hissəsini birinci korjun üzərinə yerləşdirib kremləyin. İkinci korjun kəsilmiş orta hissəsini də qoyub kremləyin.

Üçüncü korju (qalınlığı nisbətən az) 12 dilim kəsin. Tortun kənarlarına dilimlənmiş korjları düzün və kremi dağ şəklində orta hissəsinə yayın.

Tortun ən üst hissəsinə ayırdığınız doğranmış şaftalını tökün.

Tortu bir neçə saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz tortun kənarlarını ərinmiş şokolad yaxıb rəndələnmiş şokolad səpin. Tortun üzərinə şəkər kirşanı səpin və süfrəyə verin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий