Kivili keks

Порций:   Время приготовления:

Kivili keks, meyvəli keks sevənlərin xoşuna gələcək bir şirniyyatdır. Uşaqlar adətən meyvəli keksi çox sevirlər, hazır keks almaq əvəzinə özünüz evdə hazırlayıb uşaqlarınızı sevindirə bilərsiniz.

Tərkibi:

  • 115 qr  xırdalanmış fındıq
  • 175 qr kərə yağı
  • 175 qr şəkər tozu
  •  60 ml qaymaq
  •  30 ml limon suyu
  •  2 ədəd yumurta
  •  115 q un
  •  yarım çay qaşığı qabartma tozu
 Üzəri üçün:
  •  kivi dilimləri
  •  şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda kərə yağı, şəkər tozu, qaymaq, limon suyu, yumurta, xırdalanmış fındıq, un və qabartma tozunu mikserlə çırpın. Diametri 20 santimetr olan qəlibi yağlayın. Xəmiri qəlibə tökün və qaşığın tərs üzü ilə hamarlaşdırın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Soyuyan keksin üzərinə şəkər kirşanı səpin və kivi dilimləri ilə bəzəyərək süfrəyə verin. Nuş olsun!
Метки записи: ,