Klassik Beşamel sousu

Порций:   Время приготовления:

Beşamel (béchamel) Fransız mətbəxinə aid, müxtəlif dünya mətbəxlərində çox geniş istifadə edilən əsas souslardan biridir.

Tərkibi:

  • 50 qr kərə yağı
  • 50 qr un
  • 500 ml süd
  • zövqə görə 1 çimdik üyüdülmüş muskat qozu
  • duz
  • istiot

Hazırlanma qaydası:

İlk öncə kərə yağını qazançaya töküb orta ocaqda əridin. Un əlavə edib yaxşıca qarışdırın.

Südü də əlavə edib topaqlanmaması üçün dayanmadan qarışdırıb qaynadın.

Duz töküb qapağı bağlı arabir qarışdıraraq təxminən 20 dəqiqə qatılaşanadək bişirin. Ocaqdan götürüb üzərinə muskat qozunun tozunu səpin.

Sous hazırdır!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий