“Korovka” tortu

Порций:   Время приготовления:

DEVe_WC-gnI

Yaxınlaşan bayrmalarda yeni dadlı reseptlərlə sevdiklərinizə sürpriz etmək istəyirsinizsə “korovka” tortunu sınaqdan keçirə bilərsiniz. Bu tort dadına görə tanınmış “Korovka “konfetini çox xatırladır.

Tərkibi:

  • 600 qr un
  • 30 qr kakao
  • 150 qr bal
  • 150 qr şəkər tozu
  • 150 qr kərə yağı
  • 3 ədəd yumurta
  • 1 çay qaşığı soda
Krem üçün:
  • 1 banka bişmiş qatışladırılmış süd
  • 600-700 qr yüksək yağlılığı olan xama
  • zövqə görə şəkər kirşanı

Hazırlanma qaydası:

Öncə unu və kakaoyu birlikdə ələyin. Kərə yağını əridin. Bir qabda yumurta və şəkər tozunu bir az çırpın. Balı ilıdın, üzərinə soda töküb yaxşıca qarışdırın. Çalınmış yumurta və yağı birləşdirin, üzərinə yavaş-yavaş köpürmüş balı, daha sonra unlu kakao qarışığını əlavə edin. Xəmir yoğurun, əvvəlcə qabda daha sonra masanın üzərində yoğurmağa davam edin.

Yoğurduğunuz yumşaq xəmiri 12 hissəyə bölün. Hər kündələri yuvarlayın, üzərinə salafan çəkib bir az masanın üzərində saxlayın. Dincələn kündələri yağlı kağız arasında un səpərək dairələr yayın.Yaydığınız  korjları çəngəllə dəlin və 160-180 dərəcə qızdırılmış sobada bişirin. Korjları soyuması üçün kənara qoyun. Axırıncı korju üzərini bəzəmək üçün qurudun.

Krem üçün xamanı bişmiş qatılaşıdırılmış südlə çırpın. Zövqə görə kifayət qədər şirin deyilsə şəkər kirşanı əlavə edə bilərsiniz.

Korjların arasına krem yaxaraq üst-üstə düzün və bəzəyin. Kremin torta hopması üçün bir qədər kənarda saxlayın. Hazır tortu dilimləyib xidmət edə bilərsiniz.

Nuş olsun! DEVe_WC-gnI

Метки записи: