“Kutuzov” tortu

Порций:   Время приготовления:

18009013_1126991557447071_130796999_n

“Kutuzov” tortu –uşaqlığımızın ən dadlı və ətirli tortlarından biridir. Balın zərif ətri və qozla hazırlanan tortu  asanlıqla evdə hazırlaya bilərsiniz.

Tərkibi:

Korj üçün:
  • 50 qr yumşaldılmış kərə yağı
  • 150 qr şəkər tozu
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı bal
  • 200 qr un
  • 1 paket qabartma tozu
Krem üçün:
  • 500 qr 10-15 %-lik xama
  • 100 qr şəkər kirşanı
  • 100 qr qovrulmuş qoz
  • 50 qr qara gavalı

Hazırlanma qaydası:

Korju hazırlamaq üçün kərə yağını şəkər tozuyla ovuşdurun. Yumurtaları bir-bir əlavə edərək mikserlə çırpın.

Bal əlavə edib çırpmağa davam edin. Başqa bir qabda unu və qabartma tozunu ələyin. Ələnmiş un və qabartma tozunu yumurtalı qarışığa əlavə edin və xəmir yoğurun.

Xəmiri 3 hissəyə bölün və korjları yağlı kağız sərilmiş siniyə əlinizlə yayın. Korjları öncədən 190 dərəcə qızıdırlmış sobada 7-10 dəqiqə qızılı rəng alanadək bişirin. Bişən korjları istədiyiniz diametrdə kəsin. Kənarlarından qalan qırıntıları sobada qurudun və toz halına gələnədək blenderdə ovun (üzərini bəzəmək üçün istifadə edin).

Krem üçün xamanı şəkər kirşanıyla mikserlə çırpın. Qara gavalını 10 dəqiqə qaynar suda isladın, daha sonra xırda-xırda doğrayın. Qovrulmuş qozu xırdalayın.

İlk korja krem yaxın, üzərinə doğranmış qara gavalı və qoz səpin. Daha sonra ikinci korju da eyni qaydada kremləyin. Üçüncü korju da yerləşdirin və tortun hər tərəfini kremləyin.

Tortun üzərinə ovulmuş qırıntılar səpin və öz zövqünüzə görə bəzəyin. Tortu 1 gecəlik soyuducuda saxlayın.

Nuş olsun!


17974692_1126991544113739_77949854_n

18009013_1126991557447071_130796999_n 18034995_1126991547447072_2097823599_n
Метки записи: