Limonlu merengi (beze)

Порций:   Время приготовления:


Yüksək miqdarda C vitamini ehtiva edən limondan çox asan və ləzzətli bir fransız şirniyyatı bişirməyi tövsiyyə edirik.

Tərkibi:

  • 250 qram marqarin (1 paket)
  • 1 ədəd yumurta
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • apardığı qədər un
 Pudinqi üçün: 
  •  1 stəkan su
  •  yarım stəkan limon suyu
  •  yarım stəkan süd
  •  1 ədəd yumurta sarısı
  •  1 ədəd limonun rəndələnmiş qabığı
  •  1 xörək qaşığı marqarin
 Üzəri üçün:
  •  3 ədəd yumurtanın ağı
  •  4 xörək qaşığı şəkər kirşanı
  •  yarım çay qaşığı duz

Hazırlanma qaydası:

Bir qabda marqarin, yumurta, şəkər kirşanı, vanil və qabartma tozunu qarışdırın. Apardığı qədər un əlavə edib  ələ yapışmayan yumşaq bir xəmir yoğurun. Xəmiri tart qəlibinə yayın.

Əvvəlcədən 180 dərəcə  isidilmiş  sobada 20 dəqiqə bişirin və soyuması üçün kənara qoyun.

Pudinq üçün su, limon şirəsi, süd, yumurta sarısı və limon qabığını qarışdıraraq bişirin.

Ocaqdan götürüb, marqarini əlavə edin və yenidən qarışdırın. Soyuq xəmirin üzərinə pudinqi tökün.

Ayrı bir qabda yumurta ağlarını duzla birlikdə  qar halına gələnə qədər mikserlə çırpın.

Şəkər kirşanı əlavə edib çırpmağa davam edin.

Soyuq xəmirin  üzərinə çırpılmış yumurta qarışığını tökün.

Əvvəldən 130 dərəcə isidilmiş sobada 20 dəqiqə üstü qızarana qədər bişirin.

Nuş olsun!
 .
Метки записи: ,