Limonlu tort

Порций:   Время приготовления:

Çox kremli və çox şirin tortlardan fərqli olaraq bu limonlu tort yüngül turş və olduqca dadlıdır. Turş dadı sevənlər bu limonlu tortu hazırlaya bilər.

Tərkibi:

Biskvit üçün:
  • 3 ədəd yumurta
  •  1 stəkan şəkər tozu
  •  1 stəkan süd
  •  yarım stəkan duru yağ
  •  2  stəkan un
  •  1 limon qabığı (rəndələnmiş) və suyu
  •  1 paket qabartma tozu
  •  1 paket vanil
 Kremi üçün:
  •  1 litr süd
  •  4 xörək qaşığı un
  •  2 xörək qaşığı nişasta
  •  6 xörək qaşığı şəkər tozu
  •  200 qr labne pendiri
  •  yarım qutu qaymaq
Üzəri üçün:
  •  2 limon suyu
  •  1 limon qabığı rəndəsi
  •  8 xörək qaşığı şəkər tozu
  •  2,5 stəkan su
  •  2,5 xörək qaşığı nişasta

Hazırlanma qaydası:

İlk öncə biskviti üçün yumurtaları və şəkər tozunu yaxşıca çırpın. Süd və duru yağı əlavə edib çırpmağa davam edin. Limon suyu, limonun rəndələnmiş qabığı, un, qabartma tozu və vanili əlavə edib yaxşıca qarışdırın. Dairəvi soba sinisinə yağlı kağız sərin və hazırladığınız kütləni siniyə boşaldın. Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə yüngül qızaranadək bişirin. Soyuyan biskviti 1,5-2 stəkan limonadla isladın və biskviti bərabər kvadratlara bölün. Krem üçün süd,un, nişasta və şəkər tozunu bir qazanda qarışdırın. Ocaqda qarışdıraraq bişirin. Ocaqdan götürün, qaymaq və labne pendirini də əlavə edib mikserlə yaxşıca çırpın. Böyük ölçülü kvadrat borcama ya ona yaxın ölçülərdə bir boşqaba kvadrat biskvit dilimlərini düzün və üzərinə kremin yarısını yaxın. Kremin üzərinə təkrar biskvit dilimlərini düzün və qalan kremi də yaxın. Üzəri üçün limon suyu, limon qabığı rəndəsi, nişasta, şəkər tozu və suyu bir kiçik qazanda qarışdıraraq bişirin və ocaqdan götürün. İlındıqdan sonra kremin üzərinə tökün və yayın. Soyuducuya yerləşdirin, dinləndikdən sonra süfrəyə verə bilərsiniz. Nuş olsun! DSC07724 DSC07726 DSC07737 16522374424_38065853c1_z 16522383844_8e3ae7f9a6_z
Метки записи: ,