Manqalda balıq kababı

Порций:   Время приготовления:

Havaların sərinləməsi ilə əlaqədar insan orqanizmi üçün faydalı olan dəniz məhsullarından balığın mövsümü başlayıb. Qida dəyəri olduqca yüksək, vitamin və mineral baxımından zəngin olan balıq Azərbaycan mətbəxində önəmli yer tutur. Bu gün sizlərə balığın manqalda hazırlanmasını təqdim edirik.

Tərkibi:

  • yarıdondurulmuş skumbriya balığı

  • mayonez

  • xardal

  • ketçup

  • sarımsaq

  • soğan

  • balıq üçün ədviyyatlar

  • duz

  • istiot

  • bitki yağı

Hazırlanma qaydası:

Balığın donunu açın. Sous üçün bir qabda mayonez, ketçup, xardal, ədviyyatlar, bitki yağı, duz və istiot qarışdırın. Xırda doğranmış sarımsaq və rəndənin iri gözündən keçirilmiş soğan əlavə edib yaxşıca qarışdırın. Balıqlara hazırladığınız sousu yaxın. Dərin bir qaba qoyub 3-5 saatlıq marinə edin. Manqalı hazırlayın, dəmir tor arasına balıqları yerləşdirin və bişirin.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий