Mətbəxdə işinizi asanlaşdıracaq 10 FAYDALI MƏSLƏHƏTLƏR

Порций:   Время приготовления:

Mətbəxdə bütün xanımlara lazım olacaq faydalı tövsiyyələrə  göz gəzdirməyiniz məsləhətdir..

Yumurtanın qabığını rahat soymaq üçün yumurtada kiçik bir dəlik açıb qaynada bilərsiniz.

 Qaynayan qazanın daşmaması üçün qaşığı tərs bir şəkildə qazana oturdun.

 Çerri pomidorlarını  iki qapağın arasına qoyub asan bir şəkildə kəsə bilərsiniz.

 Çörəyi kəsərkən tikələnməsin deyə tərs çevirib kəsə bilərsiniz.

Balığın manqala yapışmaması  və daha ləzzətli olması üçün ızgara manqalın üstünə limon düzə bilərsiniz.

Bananı daha uzun müddət saxlamaq üçün budağından ayırıb ucunu streç salafana bükə bilərsiniz.

Yumurtanın təzə olduğunu bilmək üşün suya atın, əgər dibə çökürsə təzə, suyun üstündə qalırsa köhnə olduğu deməkdir.

 Unun içinə dəfnə yarpağı qoyaraq böcəklənməsinin qarşısını ala bilərsiniz.

Və son olaraq  barmağınızın ucunu su ilə isladaraq yeməyin içinə düşmüş yumurta qabığını asanlıqla götürə bilərsiniz.

Метки записи: , ,