“Müdrik yəhudi” tortu

Порций:   Время приготовления:

Çox ləzzətli  “Müdrik yəhudi” tortunu bişirib çayla nuş edə bilərsiniz.

Tərkibi:

Korj üçün:

  • 6 ədəd yumurta

  • 270 qr şəkər tozu

  • 1 çay qaşığı vanil essensiyası və ya 1 xörək qaşığı vanil tozu

  • 225 qr un

  • 50 qr qoz

  • 70 qr ərik qurusu

  • 30 qr mak( xaş-xaş)

Krem üçün:

  • 400 qr bişmiş qatılaşdırılmış süd

  • 200 qr otaq temperaturunda kərə yağı

  • 200 qr xama 27-30%

  • 200 ml sadə şəkər siropu

Hazırlanma qaydası:

İlk öncə yumurta ağlarını şəkər tozunun yarısıyla çırpın. Başqa qabda yumurta sarılarını da qalan şəkər tozuyla mikserlə çırpın. Çırpılmış yumurta sarılarını və ağlarını birləşdirin. Unu yumurta kütləsinə ələyin və ehtiyyatla qarışdırın. Xəmiri  üç hissəyə ayırın. Bir hissəsinə xırda doğranmış qoz töküb ehtiyyatla qarışdırın. İkinci hissəsinə xırda doğranmış ərik qurusunu da əlavə edib qarışdırın. Xəmirin üçüncü hissəsinə də xaş-xaş əlavə edib qarışdırın. Xəmirləri diametri 24 sm olan dairəvi formaya töküb 180 dərəcə qızıdırılmış sobada 20-25 dəqiqə bişirin. Korjları formadan çıxarıb soyudun.

Krem üçün otaq temperaturunda yumşalıdılmış kərə yağını bişmiş qatılaşdırılmış südlə mikserın orta sürətiylə çırpın. Xama əlavə edib yaxşıca qarışdırın. Korjların kənarlarını xırdalayın. Korjları siropla isladın və kremləyin. Tortun üstünü və kənarlarını kremləyin və xırdalanmış qırıntıqlarla bəzəyin. Qalan kremlə tortun üstün bəzəyin və orta hissəsinə rəndələnmiş şokolad səpin. Tortu yarım saatlıq soyuducuya yerləşdirin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий