Narlı peçenye

Порций:   Время приготовления:

12142438_1686472054923127_99888809_n

Tez və asan hazırlanan ürək şəklində dadlı peçenye reseptini təklif edirik.

Tərkibi:

  •  1/2 stəkan nar dənəsi
  •  1/2 stəkan böyürtkən
  •  1/2 stəkan moruq
  •  1 stəkan şəkər tozu
 Xəmiri üçün:
  •  2 yumurta
  •  250-270 qr un
  •  100 qr şəkər tozu
  •  1 paket vanil

Hazırlanma qaydası:

Kiçik bir qazanda nar dənələrini, böyürtkəni və moruğu qarışdırıb üzərinə şəkər tozu  səpin. Soyuducuda bir neçə saat gözlədin. Digər tərəfdə bir qabda unu, yumurtanı, vanil və şəkər tozunu qarışdırıb yaxşıca yoğurun. Xəmiri streç salafana büküb yarım saatlıq soyuducuya yerləşdirin. Daha sonra xəmiri ikiyə bölün. Hər iki kündələri oxlovla 1 sm qalınlıqda yayın.Yaydığınız xəmirdən ürək formaları ilə kəsin. Bəzi ürək şəklində kəsdiyiniz xəmirləri kiçik ürək formalarıyla kəsin. Kənarını çərçivə kimi çıxarın.Yağlı kağız sərilmiş soba sinisinə xəmirləri düzün. Öncədən 180 dərəcə qızdırılmış sobada yüngül qızaranadək bişirin (çox bişirməyin,yoxsa sərtləşər). Soyuducuda gözlətdiyiniz meyvə qazanını götürün və ocağa bişməyə qoyun. Qatılaşdıqda ocaqdan götürün və kəfgirdən keçirin. Soyuyan qarışıqdan ürək şəklində olan peçenyelərin üzərinə yaxın. Üstünə çərçivə şəklində olan peçenyeləri qoyun. Orta hissəsinə də qarışıqdan qoyun və üzərinə nar dənələri düzün. Nuş olsun! pechene_v_vide_serdechek-241169
Метки записи: ,