Naxçıvan çöçəsi

Порций:   Время приготовления:

Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də var. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə seçilir. Bu gün biz sizlərə Naxçıvan mətbəxinə məxsus dadlı təamlardan sayılan “Naxçıvan çöçəsi”nin reseptini təqdim edirik.

Tərkibi:

Xəmiri üçün:

  • 1 kq un

  • 350 qr kərə yağı

  • 2 ədəd yumurta

  • 2 çay qaşığı quru maya

  • 2 çay qaşığı şəkər tozu

  • 1 çay qaşığı duz

  • 1,5 stəkan süd

İçlik üçün:

  • 450 qr qoz

  • 2-3 ədəd baş soğan

  • duz

  • istiot

  • sarıkök

üzərinə yaxmaq üçün 1 ədəd yumurta

Hazırlanma qaydası:

Xəmir üçün yarım stəkan ilıq süddə 2 çay qaşığı şəkər tozu və mayanı qarışdırın, 15 dəqiqə saxlayın. Kərə yağını əridib soyudun. Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun. Üzərinə mətbəx dəsmalı sərib isti yerdə 2 saat saxlayın.

İçlik üçün soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun, sarıkök vurub ocaqdan götürün. Qozu maşından keçirin, duz, istiot vurub qovrulmuş soğanla qarışdırın.

Xəmirdən 50 qramlıq kündələr yuvarlayın. Kündəni yüngül basaraq əlinizlə və ya oxlovla  yayın.

1 xörək qaşığı içlik qoyub qatlayın, qırağını şəkərbura kimi bükün.

Eyni qayda ilə bütün kündələrdən çöçələr hazırlayın.

Yağlı kağız sərilmiş soba sinisinə çöçələri aralıqlarla düzün və hər çöçəyə bir neçə yerindən çəngəl batırın (dibinə qədər). Üzərinə yumurta yaxın və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий