“Nesquik” tortu

Порций:   Время приготовления:

bjHAI7GbJcc

“Nesquik” tortu- qeyri-adi dadlı şirniyyatdır. Çox vaxt itirmədən hazırlaya biləcəyiniz bu tortu sevdiklərinizə bişirməyi tövsiyyə edirik.

Tərkibi:

  • 4 ədəd yumurta
  • 100 qr kərə yağı
  • 150 qr şəkər tozu
  • 150 qr un
  • 1 çay qaşığı qabartma tozu
  • 2 xörək qaşığı kakao (nesquik)
Krem üçün:
  • 200 qr bişmiş qatılaşdırılmış süd
  • 500 qr 20 %-lik xama
  • 2 xörək qaşığı kakao (nesquik)
  • qoz

Hazırlanma qaydası:

Yumurtanı şəkər tozuyla çırpın, kərə yağı əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və kakaonu da əlavə edib qarışdırın. Bişirəcəyiniz formanı yağlayın və xəmiri formaya tökün. Öncədən 160 dərəcə qızdırılmış sobada  30 dəqiqə bişirin. Bişən korju sobadan götürün və soyudun. Korju 3 bərabər hissəyə bölün. 1 hissəni saxlayın, digərlərini kvadrat şəklində doğrayın. Krem üçün bişmiş qatılaşdırılmış süd, xama və kakaonu mikserlə çırpın. Doğranmış korjları kremlə və  qozla qarışdırın. İlk korju qoyun və kremləyin, üzərinə kremlə və qozla qarışdırılmış doğranmış korjları yerləşdirin. Kremləyin və qozla bəzəyin. Tortu 1 gecə soyuducuda saxlayın. ”Nesquik” tortu hazırdır! Nuş olsun!
Метки записи: