Oruc tutanlar üçün qidalanma ilə bağlı MƏSLƏHƏT

Порций:   Время приготовления:

Meyvənin bol olduğu bir dövrə təsadüf edən Ramazan ayında iftar sonrası şirniyyat ehtiyacını ödəmək üçün meyvələrdən istifadə edin. Ramazan ayı boyunca çəkinizin artmaması, sağlam və ləzzətli qidalanma üçün aşağıdaki meyvələri yemək tövsiyyə olunur.

 

Tut

Tut- C vitamini anbarıdır. Bol liflidir, bağırsağın dostudur. Ürəyi qoruyur və dərini cavanlaşdırır. Tutun tərkibində şəkər bir qədər yüksək olduğu üçün diabet xəstələrinə məsləhət görülmür. Pəhrizdə olanlar isə 5-6 dənədən çox yeməməlidir.

Tutu südlə qaynadıb içinə darçın və kakao əlavə edərək soyuması üçün soyuducuda gözlədin. Kalori nisbəti aşağı, antioksidant və qidalandırıcı təsiri yüksək olan bu südlü içkini hər hansı bir xroniki xəstəliyiniz yoxdursa həftənin 4-5 günü iftar sonrası içə bilərsiniz.

 

Toxluq hissi üçün alça yeyin

Yaşıl alça - C vitamini anbarıdır. Az şəkərli, lifli və sulu olduğu üçün uzun müddətli aclıq və susuzluq səbəbiylə ortaya çıxan qəbizlik problemini aradan qaldırmaq üçün yaxşı variantdır. Xüsusilə diabet, ürək damar xəstəlikləri kimi xroniki problemlər yaşayan insanların rahatlıqla yeyəcəyi meyvələrdəndir. Alçanın saplağı xüsusilə mədə pozğunluğu, şişkinlik kimi problemlərini azaltmaqda istifadə edilə bilər.

Ramazanın baş tacı xurma

 Ramazan ayının əvəzolunmazı olan xurma maqnezium və lif mənbəyidir. Qan şəkərinin tədricən yüksəlməsini təmin edərək Ramazanda sürətli yeməyə bağlı olaraq ortaya çıxan hiperqlisemiyanın (ani şəkər yüksəkliyi) qarşısını alır. Mədə spazmı üçün təsirlidir. Xüsusən menopauza dövründə olan və oynaq ağrıları çəkənlər üçün təbii bir müalicə üsulu ola bilər.

Qəbizliyin dərmanı: Ərik və şaftalı

Ərik və şaftalı beta karotendən ibarətdir. Yaşlanma əleyhinə olan betakaroten dərini cavanlaşdırır. Bağırsaq və mədə sağlamlığı üçün əhəmiyyətlidir. Xüsusən ərik lifli quruluşu və su nisbəti ilə qəbizliyin qarşısını almaq üçün yaxşı variantdır. Qəbizlik problemi yaşayanlar şəftəli çox yeməməlidir. Həzmi asanlaşdıran və böyrəklər üçün faydalı olan bir meyvə olsa da həddindən artıq yeyilməsi qəbizliyə səbəb ola bilər.

Qarpız

Qarpız- bol miqdarda su və C vitamini ilə zəngindir. Həzmi asanlaşdırır və bağırsaqları işlədir. İftardan dərhal sonra qarpız yemək şəkərin həddindən artıq yüksəlməsinə səbəb olur. Bu səbəbdən iftar və sahur arasında yeyilməlidir.

 

Allah orucunuzu qəbul etsin!

Ramazan ayınız mübarək!

Метки записи: ,