Pəhrizdə olanlar üçün pəhriz kotleti

Порций:   Время приготовления:

eQKA4F3N95U

Arıqlamaq istəyənlər üçün yüngül və ləzzətli yeməyin reseptini təqdim edirik.

Tərkibi:

  • 600qr toyuq filesi
  • 300 qr gül kələmi
  • 1 ədəd bolqar bibəri
  • 70-80 qr bərk pendir
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı xama
  • 2 xörək qaşığı un
  • göy soğan, cəfəri
  • duz
  • istiot

Hazırlanma qaydası:

Öncə toyuq filesini kiçik kub şəklində doğrayın, bolqar bibərini də eyni qayda ilə doğrayın. Gül kələmini 5 dəqiqə duzlu suda qanadın, suyunu süzün və xırda doğrayın. Xırda doğranmış göyərtiləri də əlavə edin. Pendiri sürtgəcin iri gözündən keçirin, yumurta, xama, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın. Qabın qapağını bağlayıb 1 saatlıq soyuducuya qoyun. Soyuducudan çıxartdığınız qiymədən əlinizi isladaraq orta böyüklükdə kotletlər düzəldin. Kotletləri bitki yağında orta odda hər iki tərəfi qızılı rəng olanadək qızardın. Bişən kotletləri balaca qazana üst-üstə yığıb, qapağını bağlayın və 5 dəqiqə dinləndirin. İstənilən qarnirlə və ya tərəvəz salatıyla süfrəyə verə bilərsiniz Nuş olsun! KP1immOlZzQ YVGLnoKJ98Y FuRRjPNJy4I Q807IaKdyB4 eQKA4F3N95U
Метки записи: