Paris flanı

Порций:   Время приготовления:

Flan - fransız mətbəxinin klassik şirniyyatıdır ancaq Paris reseptinin özünəməxsus fərqləri var. Bu yumurtadan, şəkər tozundan və qaymaqdan hazırlanan sadə bir desertdir.

Tərkibi:

Xəmir üçün:
  • 10qr un

  • 60 qr kərə yağı (soyuq)

  • 13 qr üyüdülmüş badam

  • 3 qr duz

  • 18 qr. şəkər kirşanı

  • 2 yumurta sarısı

İçlik üçün:

  • 1 bütöv yumurta

  • 1 yumurta sarısı

  • 60 qr şəkər tozu

  • 45 qr nişasta

  • 150 ml 35% yağlılığı qaymaq

  • 350ml yağlı süd (3,5%)

  • çubuq vanil

Hazırlanma qaydası:

Xəmir üçün un, üyüdülmüş badam ,duz və şəkər kirşanını bir qabda qarışdırın. Üzərinə tikələnmiş kərə yağı əlavə edib əlinizlə ovun.

Yumurta sarısı da əlavə edib xəmir yoğurun. Streç salafana büküb yarım saatlıq soyuducuya qoyun.

Flanın içliyi üçün metal bir qabda şəkər tozu və nişastanı qarışdırın. 1 bütöv yumurta və yumurta sarısını əlavə edib taxta qaşıqla qarışdırın.

Süd və qaymağı töküb, vanil çubuğunu da əlavə edin.Su hamamına qoyub tez-tez qarışdıraraq bişirin.

Soyuması üçün kənara qoyun. Xəmiri yağlı kağız sərilmiş formaya 5mm qalınlıqda yayın.

Formanın dibinə və divarlarına yaydığınız xəmirin üzərinə içliyi tökün.

Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 40 - 45 dəqiqə bişirin.

Bişən şirniyyatı servis boşqabına çevirib süfrəyə verin.

Nuş olsun!


 
Метки записи:
Loading...