Pelmeni ( Rus mətbəxi)

Порций:   Время приготовления:

Rus mətbəxi ət ağırlıqlı bir mətbəxdir. Mal əti, toyuq əti, qoyun və donuz əti demək olar Rus mətbəxində bütün yeməklərdə istifadə olunur. Bu gün Rus mətbəxinin ən sevilən yeməklərindən “pelmeni” kimi tanına xəmir xörəyinin reseptini təqdim edirik.

Tərkibi:

Xəmir üçün: (100 ədəd üçün)

  • 2,5 - 3 stəkan un

  • 2 ədəd yumurta

  • 1/2 stəkan qaynanmış soyudulmuş su

  • duz

İçlik üçün:

  • 150 qr dana ətindən qiymə

  • 150 qr quzu ətindən qiymə

  •  2-3 ədəd soğan

  •  cəfəri

  •  şüyüd

  • duz, istiot

  • az miqdarda su

Hazırlanma qaydası:

Bir qabda su, duz, yumurta və un töküb yumşaq ələ yapışmayan xəmir yoğurun. Xəmiri 20-30 dəqiqəlik dincəlməsi üçün kənara qoyun.

İçlik üçün bir qaba qiymə, xırda doğranmış soğan, cəfəri və şüyüd tökün. Duz,istiot və az miqdarda su əlavə edib yaxşıca qarışdırın.

Dincəlmiş xəmiri 2 mm qalınlığında oxlov ilə açın. Stəkan köməyi ilə açdığınız xəmirdən dairələr kəsin.

Hər bir dairənin ortasına qiymə qarışığından qoyun  və yarım ay şəklində bükün.

Kənarlarının bir-birinə yapışdırmaq üçün bir miqdar su ilə xəmirin qıraqlarını isladırıq ki, bişərkən açılmasın. 

Yarım ay şəklindəki bağladığınız xəmiri iki ucundan əyərək ucları birləşdirin.

Bükdüyünüz pelmeniləri bir boşqaba düzün və üzərinə un səpin.

Bir qazanda 1 soğanı, 1 böyük pomidor və bir az tomat ilə qovurun. Bişən soğanların üzərinə qaynar su əlavə edin və pelmenileri qaynar suya töküb, 10-15 dəqiqə (bişdikdə hamısı üzə çıxacaq) bişirin.

Dərin bir şorba kasasına töküb, üzərinə sarımsaqlı qatıq və istədiyiniz ədviyyatı əlavə edib süfrəyə verin.

Nuş olsun!

Метки записи: ,