Pendirli çörək

Порций:   Время приготовления:

Çörək-hər bir insanın evində olan ən əsas ərzaq məhsullarından biridir. Və heç kimə sirr deyil ki, ən dadlı çörək ev şəraitində hazırlanmış çörəkdir. Biz sizə dadından zövq alacağınız ətirli pendirli çörəyi hazırlamağı tövsiyyə edirik.

Tərkibi:

Xəmiri üçün:

 
  • 5 qr quru maya
  • 500 qr un
  • 30 qr şəkər tozu
  • 1/2 çay qaşığı duz
  • 5 ml bitki yağı
  • 300 ml su

İçlik üçün:

 
  • 120 qr bərk pendir

Üzəri üçün:

 
  • 30 qr sidr qozu

Hazırlanma qaydası:

Xəmir üçün dəzgahın üzərinə un, duz, şəkər tozu, quru maya töküb qarışdırın. Ortasından yuva açaraq su əlavə edib ələ yapışmayan xəmir yoğurun. Xəmiri yağlanmış qaba qoyub üzərini streç salafanla örtüb gəlməsi üçün 1 saatlıq isti yerə qoyun. Həcmi 2 dəfə artmış xəmiri yoğurub yenidən üstünü örtün (2 dəfə təkrar edin). Gəlmiş xəmiri kündələyin və oxlovla dördbucaqlı şəkildə yayın. Üzərinə rəndələnmiş pendiri səpin və rulet formasında bükün. Rulet formasında bükülmüş çörəyə baton forması verin. Üzərinə pendir və sidr qozu səpin. Qozu yüngülcə xəmirə batırın, bişdikdə tökülməsin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə üzəri qızaranadək təxminən 30-40 dəqiqə bişirin.

Nuş olsun!

Метки записи: ,
Loading...