Pendirli kartoflu oladi

Порций:   Время приготовления:

Kartoflu pendirli oladi hazırlayıb sevdiklərinizlə bölüşə bilərsiniz.

Tərkibi:

  • 500 qr bişmiş kartof

  • 1 diş balaca sarımsaq

  • 1/2 stəkan un

  • 2/3 çay qaşığı qabartma tozu

  • 1/2 çay qaşığı duz

  • 120 qr feta pendiri

  • 2 budaq göy soğan

  • 1 budaq cəfəri və ya keşniş

  • 1 ədəd yumurta

  • 2/4 stəkan süd

  • zövqə görə istiot

Hazırlanma qaydası:

Bişmiş soyumuş kartofun qabığını soyun və rəndənin iri gözündən keçirin.

Yaşıl soğanı xırda doğrayın, sarımsağı sarımsaq əzəndən və ya xırda rəndədən keçirin. Un, duz və qabartma tozunu qarışdırın. Bir qaba kartof və un qarışığı töküb qarışdırın. Yumurta və süd əlavə edib çırpın.

Xəmirə bir çimdik istiot, göy soğan, pendir və sarımsaq əlavə edib qarışdırın.

Xırda doğranmış cəfəri və ya keşniş töküb qarışdırın.

Tavada yağ qızdırın , xəmirdən 1 qaşıq tavaya töküb iki tərəfli qızardın. Eyni qayda ilə xəmir qurtaranadək bişirin.

Nuş olsun!

Метки записи: , ,