Pendirli və göyərtili blinçik

Порций:   Время приготовления:

Səhər qəlyanaltı süfrəsinin böyükdən kiçiyə sevərək yediyi blinçikə fərqli dad qatmaq üçün bu resepti sınaya bilərsiniz.

Tərkibi:

  • 300 qr un

  • 200 ml süd

  • 200 ml qaynanmış su

  • 2 ədəd yumurta

  • 70 qr bərk pendir

  • göyərti (şüyüd,yaşıl soğan)

  • 1 çay qaşığı duz

  • 1 çay qaşığı şəkər tozu

  • 1 çay qaşığı soda

  • 3 xörək qaşığı bitki yağı

Hazırlanma qaydası:

Bir qabda yumurta, şəkər tozu və duz çırpın. Süd əlavə edib qarışdırın. Un və soda əlavə edib qarışdırmağa davam edin. Qaynanmış ilıq su və bitki yağı töküb yaxşıca qarışdırın. Pendiri rəndənin iri gözündən keçirin, göyərtini xırda doğrayın. Hazırladığınız kütləyə pendir və göyərti əlavə edin və qarışdırın.

Xəmirdən az-az tavaya töküb bişirin.

Bişmiş isti blinçikləri kərə yağıyla yağlayın.

Nuş olsun!

Метки записи: , ,