Pərpətöyünlü şorba

Порций:   Время приготовления:

Mədənizi rahatlaşdıran bu ləzzətli şorbanı asanlıqla hazırlaya bilərsiniz.

Tərkibi:

  • 1 stəkan süzmə qatıq
  •  duz
  •  2 diş sarımsaq
  •  1 dəstə pərpətöyün
  •  2 litr su
  •  1 stəkan bişmiş buğda yarması
 Üzəri üçün:
  •  zeytun yağı
  •  qırmızı toz bibər

Hazırlanma qaydası:

İlk öncə süzmə qatığı, əzilmiş sarımsağı , duz və suyu bir qabda çırpın.

Pərpətöyünü xırda-xırda  doğrayın və bişirdiyiniz  buğda yarmasını  da qarışığa əlavə edin.

Üzərinə zeytun yağı və qırmızı toz bibər tökərək soyuq olaraq süfrəyə verin.

Nuş olsun!

Метки записи: