Portağal qabığında keks

Порций:   Время приготовления:

Bişərkən, hətta bişdikdən sonraki o nəfis portağal qoxulu keksin reseptini sınamağı tövsiyyə edirik.

Tərkibi:

  • 1, 5 kilo portağal
  • 4 ədəd yumurta
  •  2 stəkan şəkər tozu
  • 1 stəkan maye yağ
  • 1 stəkan süd
  • 2 xörək qaşığı kakao
  • 3, 5 stəkanı un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu

Hazırlanma qaydası:

Keksi üçün yumurta və şəkər tozunu köpüklənənədək mikserlə çırpın. Üzərinə  maye yağ, süd, kakao, vanil, un və qabartma tozu əlavə edib çırpmağa davam edin. Portağalları  iki hissəyə  bölün və içlərini  oyub çıxarın. Portağal qabıqlarının  üçdə bir hissəsinə keks qarışığından doldurun. Qabıqların aşmaması üçün bir muffin qəlibinə otuzdurun  və ya bir-birinə yaxın şəkildə soba sinisinə düzün. Portağal qabığında keksləri  əvvəlcədən 170 dərəcə isidilmiş sobada təxminən 25 dəqiqə bişirin. Keks qarışığınız  artıq qalarsa  qalanını da normal qəlibdə və ya muffin qəliblərində də bişirə bilərsiniz. Nuş olsun!