Portağallı qurabiyə

Порций:   Время приготовления:

Portakallı-Kurabiye-600x330

Çayın və qəhvənin yanında süfrəyə verilən qurabiyə növlərindən biri olan portağallı qurabiyə ilə qonaqlarınızı təəccübləndirə bilərsiniz.

Tərkibi:

  • 3,5 stəkan un
  •  2 ədəd yumurta
  •  1 stəkan şəkər kirşanı
  •  1 xörək qaşığı qaymaq və ya xama (otaq temperaturunda)
  •  1 qəhvə fincanı portağal şirəsi
  •  1 ədəd portağalın rəndələnmiş qabığı
  •  1 paket qabartma tozu
  •  1 çay qaşığı soda
  •  1 çay qaşığı limon şirəsi
  •  125 qram kərə yağı (otaq temperaturunda yumşaldılmış)
  •  1 qəhvə fincanı şəkər tozu (üzərinə səpmək üçün)

Hazırlanma qaydası:

Geniş bir qabın içərisinə yumurta, otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər kirşanı, qaymaq və ya xama, portağal şirəsi, rəndələnmiş portağal qabığı, qabartma tozu və limon suyunda əridilmiş sodanı töküb qarışdırın. Ələnmiş unun üzərinə əlavə edərək yumşaq konsistensiyalı bir xəmir yoğurun. Xəmirdən naringi böyüklüyündə kündələr qopardın və əlinizdə yuvarlayın. Yağlı kağız sərilmiş soba sinisinə aralarda boşluq qalacaq şəkildə düzün.Qurabiyələrin üzərinə iki çimdik şəkər tozu səpin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada  20-25 dəqiqə üstü qızarana qədər bişirin. Nuş olsun! Portakallı-Kurabiye