Povidlalı pirojnalar

Порций:   Время приготовления:

Bu pirojna resepti Sizi ötən illərə qaytaracaq. Onu zövqə görə cem və ya alma povidlası ilə hazırlaya bilərsiniz.

bi2

Tərkibi:

  • 560 qr un
  • 310 qr oraq temperaturunda kərə yağı
  • 200 qr şəkər tozu
  • 1 yumurta+1 yumurta sarısı
  • 1 çimdik duz
  • 2 çimdik soda (sirkə ilə söndürülmüş)
  • 1 paket vanil
İçərisinə sürtmək üçün:

Hazırlanma qaydası:

Yağı kiçik dilimlərə kəsib, mikserlə çalın. Üzərinə şəkər tozu, duz, vanil də əlavə edin. 1 yumurta və digər yumurtanın sarısını da bura əlavə edin. Sirkə ilə söndürdüyünüz sodanı da kütləyə tökün.  Üzərinə un ələyin.  Xəmir yoğurub, sellofana qoyun. Təxmini yarım saat soyuducuda gözlədin. Vaxt tamam olanda xəmiri soyuducudan çıxarıb, iki kündəyə bölün. Kündələri təxmini 1 sm qalınlığında oxlov ilə yayın.  Yaydığınız dördbucaqlı formalı yuxanı yağlı kağız sərilmiş soba sinisinin üzərinə qoyun.  200 dərəcə isidilmiş sobada üzəri azca qızaranadək bişirin. Diqqət edin ki çox bişməsin. Yoxsa nəticədə korjlar quru alınacaq və sınacaq.  Eyni qayda ilə ikinci kündəni də yayıb, bişirin. 

Bişmiş korjun üzərinə cem və ya alma povidlası sürtün.

b

Kənarlarından kəsdiyiniz ovuntunu da səpin. İkinci korju da qoyub, eyni qaydada povidla və ovuntunu səpin.

bisko

Bu vəziyyətdə bir neçə saat saxladıqdan sonra, pirojna şəkilində kəsin süfrəyə verin.

bi2

Dadından zövq alıb,uşaqlığınız xatırlayın. 

bi3

NUŞOLSUN!

 
Метки записи: