Qat-qat xəmirdən lahmacun

Порций:   Время приготовления:

maxresdefault

Xəmir açmaq istəməyənlər üçün həm asan, həm də lahmacun dadında alternativ variant.

Tərkibi:

  • 10 yarpaq qat-qat xəmir( milföy xəmiri)
  • 100 qr qiymə
  •  2 ədəd soğan
  •  2 yaşıl bibər
  •  3 ədəd pomidor
  •  1 dəstə cəfəri
  •  1 çay qaşığı tomat
  •  duz
  •  istiot
  •  duru yağ

Hazırlanma qaydası:

İlk öncə bibərləri, pomidorları, soğanları və cəfərini doğrayın. Doğradığınız tərəvəzləri mətbəx robotundan keçirin. Üzərinə tomat əlavə edib qarışdırın. Geniş bir qaba qiyməni və blenderdən keçirdiyiniz qarışığı tökün yoğurun. Duz, istiot və maye yağı əlavə edib qarışdırın. Qat-qat xəmiri yüngül unlayaraq oxlovla uzununa yayın. Hər bir açılmış xəmirə iç xərcini bölüşdürün. Yağlanmış soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada bişirin. Nuş olsun!
Метки записи: ,