Qat-qat xəmirdən hazırlanan 3 resept

Порций:   Время приготовления:

maxresdefault

Qat-qat xəmirdən müxtəlif şirniyyatlar, "Napoleon tortu", "borucuq", "zərf", "qızılgül", "piramida" və s. qurabiyələri hazırlamaq olar. Bu gün sizlərlə qat-qat xəmirdən hazırlanan bir neçə variantlarla reseptlər bölüşəcəyik.

1.Qat-qat xəmirdən “bant” qurabiyəsi

Qat-qat xəmirdən 1 sm qalınlığında yayın. Təxminən 10 sm uzunluğu, eni 3-4 sm zolaqlar kəsin. Bant şəkli alması üçün orta hissəsindən bükün. Yağlanmış soba sinisinə düzün və 200-220 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.

2.Qat-qat xəmirdən “qulaq”qurabiyəsi

Qat-qat xəmirdən 0,5 sm qalınlıqda yayın, üzərinə darçın və şəkər tozu səpin. Xəmiri ilk sağ kənarından orta hissəsinə qədər, daha sonra sol kənarından orta hissəsinə qədər rulet kimi bükün. İkiqat rulet alınır. Bu ruletdən 0,5 sm qalınlığında dilimlər kəsin. Yağlı kağız sərilmiş soba sinisinə düzün və bişirin.

3.Qat-qat xəmirdən “qızılgül”qurabiyəsi

Qat-qat xəmirdən 0,5 sm qalınlığında yayın, 15 sm uzunluqda 3 sm enində zolaqlar kəsin. Xəmirin üzərinə yarımhalqa kəsilmiş nazik alma dilimləri düzün və üzərinə darçın, şəkər tozu səpin. Xəmiri rulet kimi bükün və açılmaması üçün diş çöpüylə bərkidin. Soba sinisinə düzüb qızılı rəng alanadək bişirin.

Nuş olsun!


gFMBw59aXTM (1) KSDJCQ0BpT4 eh5ykVpg6g0 Mənbə: Cook_good
Метки записи: ,