Qırmızı acı bibər mürəbbəsi

Порций:   Время приготовления:

Bir çox tərəvəz və meyvənin mürəbbəsi bişirildiyi kimi acı bibərin də mürəbbəsi olur. Fərqli bir dad axtaranlara təklif etdiyimiz acı bibər mürəbbəsi, tünd qırmızı rəngi və konsistensiyasi  ilə digər mürəbbələrə bənzəyir. Acı yeməyi sevənlərin çox bəyənəcəyi bu mürəbbə reseptini  dostlarınızla bölüşərək onların da bu ləzzəti kəşf etməyini təmin edə bilərsiniz.

Tərkibi:

  • 5 ədəd qırmızı acı bibər
  • 5 ədəd qırmızı ətli kapya bibəri
  • 2 stəkan şəkər tozu
  • 1 stəkan su
  • 1 qaşıq limon suyu

Hazırlanma qaydası:

Qırmızı acı bibərləri və kapya bibərlərini yaxşıca yuyun , saplağını kəsin və tumlarını çıxarın.

Bibərləri kub şəklində doğrayın. Doğradığnız  bibərləri bir qazana qoyun və üzərinə şəkər tozu əlavə edərək 2 saat gözlədin.

1 stəkan su əlavə edərək zəif odda qaynayana qədər bişirin.

Qaynadıqdan  sonra orta odda 40 dəqiqə qarışdıraraq bişirməyə davam edin.

Ocağı söndürməzdən əvvəl limon suyunu əlavə edin.

10 dəqiqə gözlədikdən sonra bankaya dolduraraq qapağını bağlayın. Bankaları tərs çevirərək saxlayın.

Nuş olsun!


Метки записи: