“Qızıl balıq” piroqu

Порций:   Время приготовления:

Çox dadlı və ətirli balıq piroqunun reseptini təqdim edirik.

Tərkibi:

  • 2 banka balıq konservi

  • 0,5 stəkan düyü

  • 2 ədəd bişmiş yumurta

  • 1 ədəd soğan

  • 2 paçka (1000 qr) hazır mayasız qat-qat xəmir

  • 50 qr kərə yağı

  • duz

  • istiot

  • Üzəri üçün yumurta

Hazırlanma qaydası:

İlk öncə düyünü bişirin və yüngülcə yaxalayıb süzün. Soğanı xırda doğrayın və kərə yağında qızılı rəng alanadək qovurun. Qovrulmuş soğana xırda doğranmış bişmiş yumurta və bişmiş düyü əlavə edib qarışdırın. Xəmiri unlayıb oxlovla yayın və balıq formasında kəsin. Yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin.

İkinci xəmirdən də eni 1,5 sm olan zolaqlar kəsin (balığın içliyinin kənarları üçün). Yumurtanı 1 xörək qaşığı suyla çırpın. Balıq formalı xəmirin kənarlarına çırpılmış yumurta yaxın və kəsdiyiniz zolaqları "hasar" şəklində 2 cərgə xəmirə yapışdırın.

Hasarlanmış piroqun orta hissəsinə düyü və yumurta qarışığını tökün. Çəngəllə əzilmiş balıq konservini də tökün. Qalan xəmirdən balığın baş, quyruq hissəsini kəsin və pulcuqları üçün kiçik dairələr kəsin. Xəmirləri şəkildə gördüyünüz kimi yumurtalı qarışıqla yapışdırın.

Balıq formalı piroqun üzərinə çırpılmış yumurta yaxın və 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий