Qozlu kükü

Порций:   Время приготовления:

Azərbaycan mətbəxində geniş istifadə olunan kükü yeməyinin bir növü olan Qozlu kükünün reseptini təqdim edirik.

Tərkibi:

  • 4 ədəd yumurta

  • 40 qr göy soğan

  • 30 qr keşniş

  • 20 qr şüyüd

  • 50 qr ispanaq

  • 60 qr kərə yağı

  • 80 qr qoz

  • duz

  • istiot

Hazırlanma qaydası:

İlk öncə göyərtiləri yaxşıca yuyub süzün.

Göyərtiləri xırda doğrayın.

Bir qabda çalınmış yumurtaların üzərinə töküb yaxçıca qarışdırın.

Yumurta ilə çalınmış göyərtiyə xırdalanmış qoz , duz, istiot vurub yaxşıca qarışdırın.

Göyərtili kütləni qızmış yağlı tavaya töküb iki tərəfli bişirin.

Nuş olsun!

Метки записи: ,