Quba tıxması (Şirin qoğal)

Порций:   Время приготовления:

Milli şirniyyatlarla zəngin Azərbaycan mətbəxindən Quba tıxması (Şirin qoğal) reseptini təqdim edirik.

Tərkibi:

Xəmiri üçün:

  • 650 qr un

  • 1 stəkan ilıq süd

  • 2 ədəd yumurta

  • 100 qr otaq temperaturunda yumşaldılmış kərə yağı

  • 20 qr maya

  • duz

İçlik üçün:

  • 150-200 qr əridilmiş kərə yağı

  • 1 stəkan şəkər tozu

  • 1 ədəd yumurta sarısı

  • zövqə görə darçın, hil

  • apardığı qədər un

Ara qatı üçün əridilmiş kərə yağı

Üzəri üçün:

  • dəmlənmiş zəfəran

  • yumurta sarısı

Hazırlanma qaydası:

İlıq süddə mayanı əridin, üzərinə kərə yağı, yumurta, duz və un əlavə edib xəmir yoğurun. Xəmirin üstünü örtüb acımağa isti yerə qoyun.

İçliyi hazırlamaq üçün bir qaba un, şəkər tozu, əridilmiş yağ, yumurta sarısı və ədviyyatları töküb əllə ovun (qoğalın, kətəni içliyi kimi nə çox quru, nə çox yağlı ). Xəmiri kündələrə ayırın, 1,5- 2 mm qalınlığında yayın və yağlayıb 3 yuxanı üst-üstə düzün. Rulet kimi bükün və tikələrə bölün. Kündənin orta hissəsinə baş barmaqla ovaraq çökək hazırlayın. Çökəyin içərisinə içlik qoyub qoğal kimi bükün və çevirib yüngülcə yastılayın. Tıxmanı (bulkanı) soba sinisinə düzün və 20-25 dəqiqəlik isti yerə qoyun. Zəfəran suyu (dəmlənmiş) və yumurta sarısını çırpıb tıxmaların üzərinə yaxın. Üzərinə halqavari bəzək vurun və əvvəlcədən 160-180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə üzəri qızaranadək bişirin.

Qeyd: Quba tıxmasının içliyinin və kündələrin hazırlanması qoğalın hazırlanmasına bənzəyir.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

* Обязательные для заполнения поля
Внимание: все отзывы проходят модерацию.