Şam qozası mürəbbəsi

Порций:   Время приготовления:

Evinizin həyətində şam ağacı varsa, təzə şam qozalarını mürəbbə edərək qiymətləndirə bilərsiniz. Bu mürəbbə son dərəcə müalicəvi xüsusiyyətlərə malikdir. Ancaq böyrək problemləri olan insanlara və hamilə qadınlara məsləhət deyil! Şam qozası mürəbbəsinin faydaları isə saysız-hesabsızdır. Xüsusilə qış aylarında qrip, soyuqdəymə, öskürək və bronxitə yaxşı təsir edir. İsti bir çayın yanında bir dilim şam qozası mürəbbəli çörək yeyərək bədəninizin soyuqdəyməyə qarşı müqavimətini artıra bilərsiniz. Şam qozasının suyu da soyuqdəymə və digər tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə edilir.

Tərkibi:

  • 1 kq şam qozası

  • 1 kq şəkər tozu

  • 1 xörək qaşığı təzə sıxılmış limon suyu

  • 1 litr su

Hazırlanma qaydası:

Yaşıl və körpə şam qozalarını budağından yığaraq üzərini yaxşıca təmizləyin və soyuq su altında yaxşıca yuyun.

Təmiz şam qozalarını qazana tökün və üzərinə bir litr  su əlavə edərək təxminən bir saat ərzində qaynadın.

Qaynayan şam qozalarının içərisinə şəkər tozu əlavə edib  qaynatmağa davam edin.

Bişməyə davam edən şam qozası mürəbbəsinin üzərində əmələ gələn köpükləri taxta qaşıq ilə götürün.

Mürəbbə qatlaşdıqda içərisinə limon suyunu əlavə edin. Daha bir neçə dəqiqə qaynadın və ocaqdan götürün.

Mürəbbəni isti halda bankalara doldurun və qapağını bərk bağlayın. Daha sonra bankaları qaynar suda 5 dəqiqə saxlayın.(mürəbbənin uzun müddət qalması üçün). Bankaları tərs çevirib 12 saat ərzində soyumağa buraxın.

Hazırladığınız şam qozası mürəbbəsini rütubətsiz, quru və qaranlıq bir yerdə saxlayaraq qış aylarında istifadə edə bilərsiniz.

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий