“Şaxta baba” piroqu

Порций:   Время приготовления:

Yeni il süfrəniz üçün "Şaxta baba" piroqu hazırlayıb uşaqlarınızı sevindirə və qonaqlarınızı təəccübləndirə bilərsiniz.

Tərkibi:

  • 4 stəkan un

  • 1/2 stəkan şəkər tozu

  • 2 paket quru maya

  • 1 çay qaşığı duz

  • 1/2 stəkan süd

  • 1/4 stəkan su

  • 100 qr yağ

  • 2 ədəd yumurta

Üzəri üçün:

  • 2 damcı qırmızı qida boyası

  • 2 ədəd üzüm qurusu

  • yumurta sarısı

Hazırlanma qaydası:

Bir qabda 2 stəkan un , şəkər tozu, maya və duzu qarışdırın. Bir qaba süd, su və yağ töküb ocaqda qızdırın. Daha sonra isidilmiş qarışığı mayalı qarışığa töküb yaxşıca qarışdırın. Başqa bir qabda yumurtanı çırpın və xəmirə əlavə edib yaxşıca qarışdırın. Qalan unu da töküb xəmir yoğurun. Xəmiri qaba qoyub qapağını örtün və 1 saatlıq acımağa qoyun. Xəmiri iki hissəsəyə ayırın. Bir hissəsini böyük götürün, bir hissəsini balaca. Böyük hissəsini " Şaxta baba" nın üz hissəsi üçün, qalan xəmirdən saqqalı üçün ayırın.

Mətbəx qayçısıyla saqqal üçün ayırdığınız küdəni kəsin.

Kəsdiyiniz saqqal hissəsini böyük hissənin üzərinə yerləşdirin.

Daha sonra çevirərək şəkil verin.

Papaq hissəsi üçün üçkünc küncünü əyib şəkil verin. Papağın qotaz hissəsi üçün yuvarlaq kündə hazırlayıb yapışdırın. Papağın kənarı üçün xəmirdən uzun lent şəkli kəsib yapışdırın. Qalan xəmirdən əlinizlə  uzunsov kündə düzəldin və hər iki kənarlarını kəsib saqqal ilə burnun arasındaki boşluğa yapışdırın. Xəmirdən "Şaxta baba" nın "bığ" ının şəklini verin. Göz hissəsi üçün üzüm qurusunu batırın. Burun hissəsi üçün kiçik kündə yuvarlayıb yapışdırın. Bir qabda yumurta sarısını yüngülcə çəngəllə çırpın. İki hissəyə ayırın sarıları. Bir hissəsinə 2 damcı qırmızı qida boyası töküb qarışdırın. Rəngli yumurta sarısını "burun, yanaq və papaq" hissəsinə yaxın.

Şəkil verdiyiniz xəmirin qalan hissəsinə ayırdığınız yumurta sarısını yaxın. Soba sinisinə yerləşdirdiyiniz piroqun üzərinə folqa kağızı sərin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Folqanı çıxarıb daha 10 dəqiqəlik üzəri qızarması üçün sobaya yerləşdirin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

* Обязательные для заполнения поля
Внимание: все отзывы проходят модерацию.