Sobada şabalıd kababı

Порций:   Время приготовления:

Şabalıd-soyuq qış axşamlarının əvəzolunmazı və uşaqlıqdan qalan ən şirin xatirələrdən biridir. Xüsusilə, uşaqlığı sobalı evlərdə keçənlər o dadı, qoxunu, ləzzəti daha yaxşı bilir...

Tərkibində B1, B2 və C vitaminləri, yüksək miqdarda nişasta və su olan şabalıd immunitet sistemini gücləndirərək hüceyrələrin qocalmasını ləngidir. Faydası saymaqla bitməyən şabalıdı ev şəraitində sobada hazırlaya bilərsiniz.

Tərkibi:

  • 500 qram şabalıd

  • 1 litr su

  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

İlk öncə bol suda şabalıdları yuyun və şabalıdın  üzərini iti bir bıçaq köməyiylə yüngülcə çərtin. Suyu duzla qarışdırın və qabığını çərtdiyiniz şabalıdları 1 saat duzlu suda saxlayın. Saatın tamamında şabalıdın suyunu süzün və soba sinisinə tökün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qabıqları açılıb rəngi tündləşənə qədər bişirin.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий