Sobada toyuq nuggets

Порций:   Время приготовления:

Toyuq nuggetsi olduqca ləzzətli və asan hazırlanan bir qidadır. Nuggetsləri ketçup, mayonez, salat, makaron, plov və s. məhsullarla süfrəyə verə bilərsiniz.

Tərkibi:

  • 500 qr toyuq döş əti
  •  ¼ stəkan un (yulaf unu)
  •  1 çay qaşığı duz
  •  1 çay qaşığı qırmızı istiot
  •  1 çay qaşığı sarıkök
  •  1 çay qaşığı sarımsaq tozu
  •  1 çimdik istiot
  •  4 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Toyuğun döş ətlərini kiçik kvadrat hissələrə kəsib bir qaba tökün. Bir kasada un, duz və ədviyyatları qarışdırın. Toyuq ətlərinin üstünə zeytun yağı töküb qarışdırın. Toyuq ətlərini unlu qarışığa batırıb hər tərəfini una bulayın. Artıq unu silkələyib ətləri yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin. İsti olaraq süfrəyə verin. Nuş olsun!
Метки записи: ,