Soğan dolması

Порций:   Время приготовления:

Bişdikdə qoxusu itən, Azərbaycan milli mətbəxinə məxsus soğan dolmasını sınaya bilərsiniz.

Tərkibi:

  • 500 qr yağlı qoyun əti

  • 700 qr baş soğan

  • 100 qr noxud ( bişmiş)

  • 6 qr keşniş

  • 6 qr reyhan

  • 1 ədəd pomidor

  • 1 xörək qaşığı qurudulmuş qızılgül ləçəyi

  • 2 xörək qaşığı pomidor tomatı

  • 30 qr düyü

  • 50 qr əridilmiş kərə yağı

  • 2 xörək qaşığı sirkə

  • 1 xörək qaşığı şəkər tozu

  • duz

  • istiot

  • sarıçiçək

Hazırlanma qaydası:

İçlik üçün əti və 1 ədəd iri baş soğanı taxtada döyəcləyərək xırdalayın və qaba tökün. Düyünü yuyub ətin üzərinə əlavə edin. Xırda doğranmış göyərti (keşniş, reyhan), bişirilmiş noxud, duz, istiot, sarıçiçək vurub qarışdırın. 1 ədəd soğanı xırda doğrayıb yağda qızardın. 1 ədəd pomidoru doğrayıb qızardılmış soğana əlavə edib 1-2 dəqiqə bişirin. Daha sonra qiyməyə əlavə edib qarışdırın.

Qabığı soyulmuş soğanları azca duzlu suda pörtün.

Pörtülmüş soğanlar qat-qat bir-birinin içindən çıxarın.

Hazırladığınız içliklə soğanların içərisini doldurub qazana yığın. Dolmaların üzərinə çıxana qədər su tökün. 2 xörək qaşığı sirkəyə 1 xörək qaşığı şəkər tozu töküb qarışdırıb sirkə-şirə hazırlayın. Dolmanın üzərinə sirkə-şirə, duz, pomidor tomatı əlavə edib qarışdırın. Düyüsü bişdikdə dolma hazırdr. Süfrəyə lavaşla, çörəklə verin.

Nuş olsun!

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий