Şokolada batırılmış fındıqlı peçenye

Порций:   Время приготовления:

Uşaqların çox xoşuna gələcək bu peçenyeni onlarla birgə hazırlaya bilərsiniz.

Tərkibi:

  • 200 qr kərə yağı

  • 120 qr şəkər tozu

  • 1 ədəd yumurta

  • 300 qr un

  • 1/2 çay qaşığı duz

  • 3 xörək qaşığı kakao

  • 200 qr fındıq

  • 50 qr südlü şokolad

Hazırlanma qaydası:

Bir qaba ərinmiş kərə yağı, yumurta, şəkər tozu və duz töküb qarışdırın. Un və kakao əlavə edib yaxşıca qarışdırın.

Qabığından təmizlənmiş fındıqları həvəngdəstədə xırdalayın.

Fındıqları xəmirə əlavə edib qarışdırın. Xəmirdən kündələr qopardıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Xəmirlərin üzərindən qaşıqla basaraq şəkil verin.

Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 7 dəqiqə bişirin. Hazır peçenyeleri soyudun. Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin.

Peçenyenin bir tərəfini şokolada batırın və 15 dəqiqəlik soyuducuya yerləşdirin.

Nuş olsun!