Şokoladlı bananlı maffin

Порций:   Время приготовления:

Tez hazırlanan şokoladlı və bananlı maffinləri çayla birikdə süfrəyə verərək uşaqlarınızı sevindirə bilərsiniz.

Tərkibi:

(9 ədəd maffin üçün)

  • yarım stəkan un

  • 2 ədəd banan

  • 1/4 stəkan qəhvəyi şəkər tozu

  • 1/4 stəkan ağ şəkər tozu

  • 1 ədəd yumurta

  • 50 qr kərə yağı

  • 1 çay qaşığı qabartma tozu

  • 1 plitka südlü və ya tünd şokolad

Hazırlanma qaydası:

Mikrodalğalı sobada kərə yağını yumşaldın.

Bir qaba yumşaldılmış kərə yağı, ağ və qəhvəyi şəkər tozu, yumurta əlavə edib yaxşıca qarışdırın.

Un və qabartma tozunu ələyin və qarışığa əlavə edib qarışdırın.

Bananı çəngəllə və ya blenderlə əzib xəmirə əlavə edin.

Xəmirdən maffin qəliblərinə bölüşdürün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin.

Plitka şokoladı sındırıb bir qabda mikrodalğalı sobaya əriməsi üçün yerləşdirin.

Ərinmiş şokolada bişmiş maffinləri batırın və ya qaşıqla üzərinə yaxın.

Nuş olsun!

Метки записи: , ,