Şokoladlı-kəsmikli desert

Порций:   Время приготовления:

Bu çox sadə və hazırlanması asan başa gələn deserti uşaqlarınızla birgə hazırlaya bilərsiniz. Böyüklər və uşaqlar üçün faydalı və çox dadlı desertin reseptini sizinlə bölüşürük.

Tərkibi:

  • 110 qr tünd şokolad
  • 200 qr kəsmik
  • 2 ədəd vafli korju
  • 60 qr kərə yağı
  • 1,5 ədəd banan

Hazırlanma qaydası:

Öncə blenderdə vafli korjlarını xırdalayın. Kəsmiyi çəngəllə əzin və xırdalanmış vafli korjlarıyla yaxşıca qarışdırın. 90 qr şokoladı kərə yağıyla birlikdə su hamamında və ya mikrodalğalı sobada əridin. Ərinmiş şokoladlı kütləni kəsmikli kütləyə əlavə edib qarışdırın. Zövqə görə alınan kütləyə şəkər kirşanı da əlavə edə bilərsiniz. Şokoladlı-kəsmikli kütləni streç salafanın üzərinə yayın. Üzərinə qabığı soyulmuş banan yerləşdirin. Kolbasa forması verərək bükün. Streç salafana büküb bərkiməsi üçün 20 dəqiqə soyuducuda saxlayın. 20 dəqiqə sonra deserti soyuducudan çıxarın. 20 qr şokoladı rəndələyin və kolbasa forması verilmiş deserti streç salafandan ayrıb şokolad qırıntılarında bulayın. Daha sonra deserti dilimləyib xidmət edə bilərsiniz. Nuş olsun!    
Метки записи: , ,