Şokoladlı kəpənəklər (FOTO DƏRS)

Порций:   Время приготовления:

Əgər siz bayram deserti ilə doğmalarınızı və dostlarınızı  təəccübləndirmək istəyirsinizsə, onda zərif şokoladlı kəpənəklərin hazırlanmasını öyrənin. Məhəbbəti, xoşbəxtliyi, firavanlığı simvolizə edən kəpənəklər sizin desertdə xoş əhval-ruhiyyə yaradaraq möhtəşəm görüntüsü ilə bütün qonaqları heyrətləndirəcək..

Şokoladlı kəpənəklərin hazırlanma qaydası:

İnternetdən ən müxtəlif  kəpənəklərin  rəsmlərini çap edin. Kəpənəklər olan vərəqi  faylın içərisinə yerləşdirin.

Şokoladı tikələrə bölün və qalın soba paketinə tökün. Şokoladı mikrodalğalı sobada əridin.

Və yaxudda şokoladı su hamamında  əridə bilərsiniz.

Əridilmiş şokolad paketinin küncündən çox balaca kəsin və kəpənəklərin  faylın üzərindən görünən yalnız qanadlarını şokoladla çəkin.

Kəpənəklərin qanadlarının daha möhkəm olması üçün mümkün qədər qanadları qalınlaşdırmağa çalışın.

Otaq temperaturunda qanadlarını qurumağa qoyun, daha sonra 10 dəqiqəlik soyuducuya yerləşdirin (fayldan daha asan çıxması üçün).

Kəpənəklərin bığcıqlarını da ayrıca çəkin.

Soyuq barmaqlarınızla (soyuq su altında barmaqlarınızı saxlayın və ya əlinizdə buz parçaları saxlayın) faylın üzərindən qanadları çıxarın və yağlı (perqament) kağızının üzərinə düzün.

Şokoladı mikrodalğalı sobada təkrar qızdırın. Qatlanmış yağlı kağızın orta hissəsindən kəpənəyin “gövdə” hissəsini çəkin.

Daha sonra “gövdə” ilə birlikdə yağlı kağızı açıq kitab arasına qoyun və kəpənəyin qanadlarını gövdəyə yapışdırın ( tez edin ki, şokolad qurumadan yapışsın).

Kitabı lazım olan dərəcədə açıq saxlayın və soyuducuya donması üçün yerləşdirin.

Yağlı kağız üzərindən kəpənəkləri ehtiyyatla çıxarın və bütün desertlərin  üzərini şokoladlı kəpənəklərlə bəzəyə bilərsiniz.

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий