Şokoladlı “Pele” tortu

Порций:   Время приготовления:

Çox dadlı və zərif şokoladlı tortu bişirib çay süfrənizə təqdim edə bilərsiniz.

Tərkibi:

Biskvit üçün:

  • 3 stəkan şəkər tozu
  • 1 paket kakao
  • 1 ədəd yumurta
  • 3/4 hissə qutu kərə yağı
  • 1 paket vanil
  • 1,5 çay qaşığı soda
  • 3 stəkan un
  • 700 ml kefir
  • likör və ya sirop

Kremi üçün:

  • 2 banka qatılaşmış süd
  • 1  paçka kərə yağı

Hazırlanma qaydası:

Bir qabda 3 stəkan şəkər tozu ilə 1 paket kakaonu yaxşıca qarışdırın. Üzərinə 5 ədəd yumurta əlavə edib yenə qarışdırın. Kərə yağını əridib isti halda (qaynar yox!) şokoladlı qarışığa tökün. Vanil və kefir töküb yenə qarışdırın. 1,5 ç/q sodanı uksusla söndürüb xəmirə əlavə edin. Unu təxminən 3 stəkan (az-az) ələyib qarışdırın. Soba sinisinə yağlı kağız sərin və yağlayın. Xəmirdən 10 böyük qaşıqla siniyə tökün. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin. Bütün biskvitləri eyni qayda ilə bişirin. Bişən biskvitləri likör və yaxud siropla nəmləndirin. Krem üçün kərə yağını qatılaşdırılmış südlə çalın. Biskvitləri kremləyib üst-üstə düzün. Kənarlarından qalan ovuntunu tortun üzərinə və kənarlarına səpin. Tortu soyuducuya 4 saatlıq yerləşdirin və dilimləyərək süfrəyə verin. Nuş olsun!
Метки записи: , ,
Loading...