Şokoladlı qlazurda ikiqat çizkeyk

Порций:   Время приготовления:

W8UXTY6mu2k

Hazırlanması sadə və olduqca ləzzətli  çizkeyki birdə bu cür sınayın.

Tərkibi:

  • 2 qutu şokoladlı peçenye
  • 3 xörək qaşığı əridilmiş kərə yağı
  • 2 xörək qaşığı şəkər tozu
  • çimdik duz
İçlik üçün:
  • 1 kq 150 qr otaq temperaturunda kərə yağı
  • 1 ½ stəkan şəkər tozu
  • ¾ stəkan xama
  • 5 yumurta
  • 2 yumurta sarısı
  • ½ çay qaşığı duz
  • 1 çay qaşığı vanil ekstraktı
  • ¾ stəkan yerfındığı yağı
  • 1 böyük paket jele və ya jelatin (rəngli və ya rəngsiz)
Qlazur (qanaş) üçün:
  • 2 stəkan yağlı qaymaq
  • 2 xörək qaşığı kərə yağı
  • 450 qr tünd şokolad

Hazırlanma qaydası:

İlk öncə peçenyeni ovuntu halına gətirin və ərinmiş kərə yağı, şəkər tozu əlavə edib qarışdırın. Soba sinisinə tökün və barmaqlarınızla möhkəm basaraq səthi hamarlayın. 160 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin və soyudun. İçlik üçün qaymağı mikserlə çırpın, üzərinə xama və şəkər tozu əlavə edib yaxşıca qarışdırın. Yumurtaları bir-bir əlavə edərək hər dəfə 2 dəqiqə çırpın. Vanil ekstraktı və duz tökün,qarışdırmağa davam edin. İçliyi 2 hissəyə ayırın. 1-ci hissəsinə yerfındığı yağı əlavə edib yaxşıca qarışdırın. Qalan hissəyə təlimatına əsasən açılmış jelatin və ya jele əlavə edin və qarışdırın. Peçenyenin üzərindən yerfındığı yağlı kütləni tökün və səthi hamarlayın. Çox ehtiyyatla üzərinə jeleli kütləni də tökün və hamarlayın. Tortu sobanın orta hissəsinə 60 dəqiqəlik bişməyə qoyun. Sobanın aşağı hissəsinə su dolu sini qoyun (su buxarlansın və çizkeyk yanmasın deyə). Üst qatı sufle kimi alınacaq. Otaq temperaturunda tortu soyudun və təxminən 4 saatlıq soyuducuya qoyun. Qlazur üçün qaymağı qızdırın, odun üzərindən götürüb kərə yağı  və şokolad əlavə edin.2 dəqiqə saxlayın və daha sonra eynkütləli olanadək qarışdırın. Formanın kənarlarını açın, qlazuru tortun üzərinə tökün.Çizkeyki 45 dəqiqəlik soyducuya qoyun. Tortu kəsmək üçün qaynar suda bıçağı isladın və dilimləyin. Nuş olsun! zsaii05DajE uRTdcU4vbN8 DjWxULUNZ9I j8NAYtPk1RQ 8F0HY6lZQR8 -ccoTeJH3GM W8UXTY6mu2k Mənbə: Cook_good
Метки записи: ,