Şokoladlı qlazurla bananlı tort

Порций:   Время приготовления:

Uşaqların sevimlisi olan banan demək olar ki, bir çox ailənin mətbəxində var. Qabığı qaralıb ,çox yetişən bananı atmaq əvəzinə əzərək püresiylə Şokoladlı qlazurla bananlı tort hazırlaya bilərsiniz.

Tərkibi:

Biskviti üçün:

  • 375 qr un

  • 2 çay qaşığı qabartma tozu

  • 1 çay qaşığı duz

  • 1 çay qaşığı darçın

  • 1 çay qaşığı çay sodası

  • 340 qr şəkər tozu

  • 120 qr otaq temperaturunda kərə yağı

  • 250 qr dəymiş banan püresi

  • 2 ədəd otaq temperaturunda yumurta

  • 60 ml+ 1 xörək qaşığı otaq temperaturunda sadə xama

  • 2 xörək qaşığı konyak

  • 1/2 çay qaşığı vanil

Qlazur üçün:

  • 700 qr şəkər kirşanı

  • 230 qr otaq temperaturunda kərə yağı

  • 90 qr kakao

  • 1 çay qaşığı duz

  • 125 ml otaq temperaturunda qaymaq (20-30%)

  • 3 xörək qaşığı konyak

Bəzəmək üçün xırdalanmış qoz

Hazırlanma qaydası:

İlk öncə un, qabartma tozu, duz, darçın və sodanı ələyin və kənara qoyun. Bir qabda kərə yağını və şəkər tozunu çırpın. Əzilmiş banan əlavə edib yenə çırpın. Yumurtaları bir-bir əlavə edərək dayanmadan qarışdırın. Başqa qabda xama, konyak və vanili qarışdırın. Çırpılmış kərə yağı kütləsinə əlavə edib qarışdırın. Ələnmiş quru qarışığı da töküb təxminən 20 saniyə mikserlə çırpın. Xəmiri iki hissəyə ayırıb 5× 20 sm ölçülü formalara bölüşdürün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin. Sobadan çıxarıb 10 dəqiqə formada soyudun, daha sonra formadan çıxarıb soyuması üçün kənara qoyun.

Qlazur üçün bir qaba şəkər kirşanı, kərə yağı, kakao və duz töküb qarışdırın. Qaymaq və konyak əlavə edib mikserin yüksək dərəcəsiylə 10 dəqiqə çırpın.

Korjları zövqə görə neçə hissəyə istəsəniz bölə bilərsiniz. Korjlara qlazur yaxaraq üst-üstə yerləşdirin və qlazuru tortun üzərinə və kənarlarına yaxın. Xırda doğranmış qozla bəzəyin.

Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий