Şokoladlı və qozlu alma

Порций:   Время приготовления:

Nmb31LYrT3s

Almanı sevən uşaqlar və böyüklər üçün bu faydalı deserti hazırlamaq çox vaxtınızı aparmayacaq.

Tərkibi:

  • 2 ədəd böyük alma
  • 1 plitka şokolad (südlü və ya acı)
  • 1 qaşıq kokos yağı
  • 400 qr şəkər tozu
  • 100 qr xırdalanmış qoz
  • dondurma çöpləri

Hazırlanma qaydası:

Almaları dilimlər şəklində kəsin və tumlarını təmizləyin.

Plitka şokoladı mikrodalğalı sobada 2 dəqiqəlik əridin.

Kokos yağı əlavə edib qarışdırın.

Alma dilimlərini yağlı kağız sərilmiş soba sinisinə düzün.

Dondurma çubuğunu almaya batırın və şokolada bulayın.

Karamel hazırlamaq üçün bir qabda şəkər tozunu dayanmadan qarışdıraraq əriyənədək bişirin.

Alınmış karamellə almaları bəzəyin və qoz səpin.

Təxminən 1 saatlıq soyuducuya qoyun.

Desert hazırdır!

Nuş olsun!


qzOu3J9Vg7I 1gJ4EyF8EI8 im9H3DoynjY wvx-3Vmg0hY   Mənbə: Cook_good  
Метки записи: , ,