Şokoladlı “ƏRƏB NAĞILLARI” tortu

Порций:   Время приготовления:

Ərəb nağılları adı ilə limonlu krem və şokoladlı qlazurla örtülmüş çox dadlı tortu iftar süfrəsi üçün hazırlaya bilərsiniz.

Tərkibi:

Xəmiri  üçün:
  • 4 xörək qaşığı dolu kakao
  • 150 qr kərə yağı
  • 150 qr şəkər tozu
  •  2 ədəd yumurta
  •  250-300 qr un
  •  bir çimdik soda
  •  2 çay qaşığı qabartma tozu.
Kremi üçün:
  • 1 ədəd limon
  •  200 qr şəkər tozu
  •  150 qr  kərə yağı
  •  4-5 xörək qaşığı manna yarması
  • 200 ml süd
 Qlazur üçün:
  •  200 qr tünd və ya südlü şokolad

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu yaxşıca mikserlə çırpın. Kakao əlavə edib yenə çırpın. Başqa bir qabda un, qabartma tozu və sodanı qarışdırın. Quru qarışığın üzərinə kərə yağını ovun və qarışdırın. Yağlı kütlənin üzərinə yumurta kütləsini əlavə edib qarışdırın. Xəmirin yarısını yağlanmış dairəvi soba sinisinə töküb 180 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Xəmirin qalan hissəsini də töküb bişirin. Soyuyan korjları 2 hissəyə ayırın. Kremi üçün limonu yaxşıca qaynar suyla yuyun, qabığını soymayaraq 2 hissəyə bölün və tumlarını çıxarın. Ətçəkən maşından limonu keçirin.Yumşaq kərə yağını şəkər tozuyla çırpın , üzərinə çəkilmiş limonu əlavə edib qarışdırın. Manna yarmasını südlə qarışdırın və qazana töküb manna sıyığı bişirin. Sıyığı soyudun və yağ kütləsinə az-az əlavə edərək krem olanadək çırpın. Korja 2 xörək qaşığı krem yaxın və yenidən üzərinə ikinci korju yerləşdirin. Bu qayda ilə bütün korjları kremləyib üst-üstə qoyun. Ən üstdəki korja krem yaxmaq lazım deyil. Qlazur üçün şokoladı mikrodalğalı sobada əridin. Soyuyan qlazuru tortun üzərinə yaxın və 2 saatlıq otaq temperaturunda saxlayın. Daha sonra 2 saatlıq soyuducuya yerləşdirin. Tortun üzərini xırdalanmış fındıq və ya karamelli sousla bəzəyə bilərsiniz. Nuş olsun! 35865417 xTkYwkiDM7Y
Метки записи: