Şokoladlı rulet pirojnalar

Порций:   Время приготовления:

Şokolad sevənlər üçün dadlı şirniyyat resepti. Həm rulet, həm də, pirojna...

111

 

 

Tərkibi:

Xəmir üçün:
  • 3 ədəd yumurta
  • 2 x/q un
  • 2 x/q kakao
  • yarım ç/q qabartma tozu
  • 2 x/q şəkər kirşanı
İçlik üçün:
  • 200 qr qaymaq
  • 100 qr kərə yağı
  • 2 x/q şəkər kirşanı
Səpmək üçün:
  • 1 ç/q şəkər kirşanı və darçın qarışımı
 

Hazırlanması:

Öncə yumurtaların ağını sarısından ayırın. Ağları şəkər kirşanı ilə qarışdırın.  Kütləyə növbə ilə yumurta sarılarını və ələkdən keçirilmiş quru ərzaqları əlavə edin. Qarışdırıb, xəmir halına gətirin. Soba sinisinin üzərinə yağlı kağız sərib, xəmiri tökün. Xəmiri hamarlayıb, 200 dərəcə isidilmiş sobada 10 dəq bişirin. Bişdikdən sonra korju kağızla bir gə sinidən götürün. Korju nəm dəsmalın üzərinə çevirib, yağlı kağızı su ilə isladın.Bu zaman korj kağızdan çox rahat ayrılacaq. Sonra korju 2 bərabər hissəyə bölün. Hər iki hissəni dəsmalla birgə rulet şəkilində bükün. İçliyi mikserlə yaxşıca qarışdırıb, krem hazırlayın. Korjları açıb, içinə bol krem sürtün. Artıq dəsmalı kənara qoyub, rulet şəkilində bükün. Ruletləri 1 saat soyuducuda saxladıqdan sonra, soyudub, kiçik hissələrə bölün. Üzərinə darçın və kirşan qarışımı səpib, süfrəyə verin.

NUŞ OLSUN!

84890612

Метки записи: