Şokoladlı tort

Порций:   Время приготовления:

İçərisində şokolad və çiyələk ləzzətiylə qonaqlarınızı məst edəcək, hətta şokoladlı tort sevənlər üçün çox ləziz bir tort reseptini təqdim edirik.

Tərkibi:

Keks üçün:
  •  140 qr (1 stəkan) un
  •  46 q (8 xörək qaşığı) kakao
  •  7 qr (1 çay qaşığı) soda
  •  144 qr (2/3 stəkan) duru yağ
  •  200 qr (1 stəkan) şəkər tozu
  •  160 qr (2/3 stəkan)xama
  •  2 ədəd yumurta
  •  1 çay qaşığı vanil ekstraktı
  •  2 xörək qaşığı espresso qəhvə tozu
 Şokoladlı qlazur üçün:
  •  113 qr (1/2 stəkan) otaq temperaturunda yumşaldılmış kərə yağı
  •  120 qr (3/4 stəkan) şəkər kirşanı
  •  1 çay qaşığı vanil ekstraktı
  •  90 qr (1/2 stəkan) bitter şokolad
  • 300 qr çiyələk (bir qismi xırda dilimlənmiş)
Qanaj kremi üçün:
  •  90 qr (1/2 stəkan) bitter şokolad (xırdalanmış)
  • 60 qr (1/4 stəkan) qaymaq

Hazırlanma qaydası:

Bir qabda un, kakao və sodanı qarışdırın. Başqa bir qabda isə duru yağ, şəkər tozu, xama, yumurta, vanil və qəhvəni mikserlə çırpın. İki qarışığı birləşdirin və yağlanmış iki dairəvi soba sinisinə  bərabər şəkildə bölüşdürün.180 dərəcə qızıdırlmış sobada keksləri təxminən 29 dəqiqə bişirin. Bişən keksləri kənara soyumağa qoyun.   Qlazur üçün kərə yağını mikserin orta sürətində üç dəqiqə rəngi açılıb bir az köpürənədək çırpın. Üzərinə şəkər kirşanı əlavə edin və daha 3 dəqiqə çırpmağa davam edin. Vanili əlavə edin. Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin. Əriyib ilınan şokoladı da kütləyə az-az əlavə edib çırpın. Tortun ilk qatını servis boşqabına qoyun. Üzərinə qlazuru yayın və  çiyələk dilimlərini yerləşdirib ikinci keksi də üzərinə örtün.   Qanaj üçün qaymağı ilıdın və içinə xırdalanmış şokoladı əlavə edib yaxşıca  qarışdırın. Hamar bir sous olduqda tortun üstünə kənarlarından azca axacaq şəkildə tökün və şokolada batırılmış çiyələklə bəzəyə bilərsiniz. Şokoladlı tort hazırdır. Nuş olsun! 19114499_1166175306862029_534431656_n 19198198_1166175316862028_1288431478_n fa3698631c01d4db3061ad459533a73e
Метки записи: