Süfrələrin baş tacı şorbaların FAYDALARI

Порций:   Время приготовления:

Süfrələrdən heç əskik olmayan, əsas yeməklərdən biri olan şorbalar, xərçəngə, həzmə, xolesterin və bunun kimi min bir dərdə çarə olduğunu bilirdinizmi? Bir çox xəstəliklərə yaxşı təsir edən şorbaların faydalarını sizinlə bölüşürük.

Pomidor şorbasının faydaları

Pomidorun enerji kalori dəyəri çox az olduğundan, bir pomidor ilə bədəninizə 30 kalori ala bilərsiniz. Xüsusilə pəhriz saxlayan insanlara həkim-dieotoloq tərəfindən bol pomidor şorbası yemək təklif edilir. Qan azlığı və qan təzyiqinin tarazlanması üçün xüsusilə təklif edilən pomidor şorbasının xərçəngə qarşı təsirli bir qida olduğu da mütəxəssislər tərəfindən müəyyənləşdirilmişdir. Pomidor şorbasının hazırlanma qaydasını buradan https://www.recept.az/pomidor-sorbasi/ oxuya bilərsiniz.

Mərcimək şorbasının faydaları

Mərci şorbası - ürəyin dostudur. İnfarkt  keçirmək ehtimalını minimuma endirməklə yanaşı tam bir qida anbarıdır. Yüksək təzyiqi olan xəstələrə şiddətlə təklif edilir. Zəngin kalium mənbəyinin olması təzyiqin düşməyinə səbəb olur. Həmçinin zəngin dəmir sayəsində qan şəkərinin tənzimlənməsinə köməkçi olur. Mərcimək şorbasının hazırlanma qaydasını buradan https://www.recept.az/mercimek-sorbasi/ oxuya bilərsiniz.

Brokoli şorbasının faydaları

Brokoli daşıdığı maddələr baxımından insan sağlamlığı üçün çox faydalıdır. Vitamin dəyərləri baxımından; A, C və E vitamini ehtiva edir. Daşıdığı flavonoidler immunitet sistemimizi gücləndirən bir xüsusiyyətə malikdir. Aşağı kalori və lif məzmunu baxımından zəngin olduğuna görə xüsusilə pəhrizdə olan şəxslər üçün yeməkdən əvvəl 1 kasa brokoli şorbası şorbalar arasında gözəl bir alternativdir. Döş, prostat, bağırsaq və sidik kisəsi xərçənglərinə qarşı güclü bir qoruyucudur. Brokoli şorbasının hazırlanma qaydasını buradan https://www.recept.az/brokoli-sorbasi/ oxuya bilərsiniz.

Yayla şorbasının faydaları

Yayla şorbasının içində yüksək miqdarda olan qatıq sayəsində vitamin mənbəyi bir şorbadır. Qatıq, karbohidrat, zülal, yağ, vitamin, kalsium və fosfordan zəngin bir qidadır. Qatıq immunitet sistemini canlandırıcı təsiri ilə bədəni xərçəngdən, mədə və bağırsaq xəstəliklərindən, bir çox xəstəliklərdən qoruyur.  Qatığın saymaq bilməyən faydaları ilə yayla şorbası uşaqdan böyüyə qədər hər yaş üçün əhəmiyyətli bir qidadır. Yayla şorbası xüsusilə qarın bölgəsində artıq çəkinin itkisini yaşamaq istəyən xanımların əvəzolunmazıdır. Yayla şorbasının hazırlanma qaydasını buradan https://www.recept.az/yayla-sorbasi/ oxuya bilərsiniz.

Balqabaq şorbası

Balqabaq şorbası ilk növbədə immuniteti yüksəldir. Antioksidant təsiri olan balqabağın içərisində həmçinin dəmir, kalium və kalsium var. Tox tutmaq xüsusiyyəti yüksək və kalorisi aşağı olduğu üçün pəhriz proqramlarında istifadə etmək olar. Balqabaq şorbasının hazırlanma qaydasını buradan https://www.recept.az/aci-biberli-balqabaq-sorbasi/ oxuya bilərsiniz.

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий