“Svetlana” tortu

Порций:   Время приготовления:

Tl8b5MibgpE

Evdə sobası olmayanlar üçün sadə tərkibli, lakin dadı mükəmməl olan tort reseptini təqim edirik.

Tərkibi:

Korj üçün:
  • 3 stəkan un
  • 1 banka qatılaşdırılmış süd
  • 1 yumurta
  • 1 çay qaşığı qabartma tozu
Krem üçün:
  • 750 ml süd
  • 1,5 st şəkər tozu
  • 2 yumurta
  • 3 xörək qaşığı un
  • bir neçə damcı vanil essensiyası
  • 200 qr kərə yağı

Hazırlanma qaydası:

Korj üçün un, qatıladırılmış süd, yumurta və qabartma tozunu bir qabda qarışdırın. Xəmir yoğurun və 8 hissəyə bölün. Kündələri tava böyüklüyündə yayın və quru tavada iki tərəfini də 1 dəqiqə ərzində qızardın. Krem üçün kərə yağını çıxmaq şərtilə bütün inqrediyentləri qarışdırın. Kremi qarışdıraraq qatılaşanadək  qızdırın. Krem ilındıqda kərə yağı əlavə edin. Korjları kremləyin, kənarlarından qalan qırıntılarla tortu bəzəyin. Otaq temperaturunda tortu 1 saat saxlayın, daha sonra soyuducuda 4 saatlıq qoyun. Nuş olsun! UWM4YNKxSeA   Mənbə:Cook_good
Метки записи: ,